
Asiya İnkişaf Bankı (ADB) transformasiya sahəsində liderlərdən biridir.
Gununsesi.info-nun Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Fletçer məktəbinin (Tafts Universiteti) enerji və ekoloji siyasəti üzrə professoru Kelli Sims Qallaher Gürcüstanın paytaxtında keçirilən Bankın 57-ci illik toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“ADB bu çağırışı tam qəbul etməklə, həqiqətən də öz sahəsində yenilikçi lider kimi seçilir. Transformasiya, mənə elə gəlir ki, nadir hallarda xarici sarsıntılar səbəbindən baş verir. Dəyişikliklər demək olar ki, həmişə daxildən gəlməlidir. ADB-nin bəzi daxili problemlərini həll etmə tərzi, məncə, əsl cəsarət əlamətidir”, – professor vurğulayıb.
Gununsesi.info