Fransada koronavirusdan ölənlərin sayı 22 mini ötüb

Fransada koronavirusdan ölənlərin sayı 22 mini ötüb

Fransada epidemiya başlayandan indiyədək koronavirusdan ölənlərin sayı 22 min nəfəri keçib.

Gununsesi.org-un məlumatına görə, bu barədə brifinqdə Fransa Baş Səhiyyə İdarəsinin direktoru Jerom Salomon deyib.

“Epidemiya başlayandan xəstəxanalarda 22 245 nəfər dünyasını dəyişib”, – J.Solomon deyib. Qocalar evlərində, tibbi və sosial müəssisələrdə ölənlərin sayı 8300 nəfər təşkil edib.

 Son 24 saat ərzində koronavirusdan ölkədə 389 nəfər ölüb, ümumilikdə yoluxanların sayı isə 122 577-ə yüksəlib.

J.Salomon sutka ərzində 1619 nəfərin xəstəxanaya yerləşdirildiyini, 29 658 xəstənin xəstəxanalarda, 4 870 nəfərin reanimasiyada olduğunu bildirib. Baş direktor vurğulayıb ki, ölkədəki xəstəxanalarda xəstələrin sayında azalma müşahidə olunur.

Gununsesi.org

COMMENTS