
İsrailin Hərbi Nazirlər Kabineti iclasda iştirak edən ABŞ prezidenti Co Baydenə “Qəzza zolağında quru əməliyyatının qaçılmaz olduğunu” bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” telekanalı məlumat yayıb
Xəbərə görə, Bayden, İsrailin “Qəzza zolağında Fələstin qruplaşmaları üzərində sarsıdıcı qələbəyə nail olmadığı” təqdirdə, Təl-Əvivin Yaxın Şərqdəki mövqeyinin sarsıdılacağını bildirib.
Amerika lideri əmin edib ki, Birləşmiş Ştatlar “İsrailin Qəzza zolağında istənilən quru əməliyyatını dəstəkləyəcək”.
İsrail tərəfdən görüşdə Baş nazir Benyamin Netanyahu ilə birlikdə İsrailin müdafiə naziri Yoav Qalant, strateji işlər naziri Ron Dermer, ultra-pravoslav Şas partiyasının lideri Arya Deri, İsrail Milli Təhlükəsizlik Şurasının sədri Tzachi Hanegbi və keçmiş müdafiə naziri Benny Gantz iştirak ediblər.
İsrailin baş naziri Benyamin Netanyahu və müxalifətdəki Dövlət Düşərgəsi partiyasının rəhbəri Benni Qantz oktyabrın 11-də ölkədə fövqəladə hökumətin yaradılması barədə razılığa gəliblər.
İsrail ordusu Livanın cənubunda Hizbullahın bir sıra hədəflərinə hücum edib. Bu barədə daha əvvəl İsrailin “Yediot Ahronoth” qəzeti İsrail ordusunun adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.
Səid Əhmədli
Gununsesi.info