
Xankəndi şəhərinə ilk beynəlxalq telefon kodu verilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Teleqram kanalları paylaşım edib.
İlk olaraq Bakıdan Xankəndiyə “026 22X XX XX” yığım formatı ilə zəng təşkil edilib.
Xocalı üçün “+994 26 205 XX XX”, Əsgəran üçün isə “+994 26 206 XX XX” nömrələri tanıdılıb və xidmət gələcəkdə Xankəndi ATS-dən göstəriləcək.
Yəni, mərkəz olaraq Xankəndi seçilib. Qısa zamanda bu işi icra edilib.
Gununsesi.info