
Xəbər verdiyimiz kimi, Türkiyədə Fələstində əksəriyyəti uşaq və mülki vətəndaş olan öldürülən minlərlə insana hörmət tələbi olaraq 3 günlük milli matəm elan edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Milli matəm elan edildikdən sonra ölkə daxilindəki bütün ictimai binalarda və xarici səfirliklərdə Türkiyə bayraqları yarıya endirilib.