
Bakı-Sumqayıt yolunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info – ya verilən məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə bu barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Gununsesi.info