
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin 85 yaşı tamam olub.
Qeyd edək ki, dünən məşhur “Mangal Steak House” restoranında sabiq PA rəhbərinin yubileyi keçirilib.
Bu arada Gununsesi.info-ya Mehdiyevun yubiley mərasimi ilə bağlı ilginc məlumat daxil olub.
Məlum olub ki, sabiq PA rəhbərinin doğum günü məclisini baş nazir Əli Əsədov təşkil edib.
Belə ki, mənbəmiz Mehdiyevin doğum gününün qeyd edildiyi “Mangal Steak House”un baş nazir Əli Əsədova məxsus olduğunu deyib.
“Bu restoran Əli Əsədovun faktiki sahibi olduğu “Azimport” şirkətlər qrupunun tərkibindədir” deyən mənbəmiz Əli Əsədovun mövcud hakim komandada Ramiz Mehdiyevlə əlaqə saxlayan azsaylı adamlardan biri olduğunu bildirib.
Elmar Elnuroğlu
Gununsesi.info