AŞ PA Azərbaycanla bağlı dinləmələr təşkil edir - JURNALİSTLƏRİN VƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN VƏZİYYƏTİNDƏN DANIŞILACAQ

Aprel ayının 27-də Avropa Şurası Parlament Assambleyasında “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin təhlükəsizliyi və təhdidlər mövzusunda” dinləmələr keçiriləcək.

Gununsesi.info-nun xəbərinə görə, dinləmələrdə Azərbaycanda son zamanlar həbsdə olan siyasi fəallar və jurnalistlərdən danışılacaq.

HTML tutorial

AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Stefan Şenak Gununsesi.info-ya açıqlamasında sessiyada ictimai-fəal Bəxtiyar Hacıyev hakkında da xüsusi müzakirə aparılacağını deyib.

 

 

Pərviz Həşimli

Fransa/Strasburq

Gununsesi.info