“Turan” çempionluq yolunda tarix yazdı: TOVUZDA “Neftçi”ni məğlub etdi – REPORTAJ

  • By arzu
  • 19 Aprel 2023 19:42

Bu gün Azərbaycan kubokunda yarımfinal qarşılaşması keçirilib.

Gununsesi.info xəbər verir ki, tovuzluların üstünlüyü şəraitində keçən oyunda ilk yarıda hesab açılmayıb. İlk hissədə hakim “Neftçi” futbolçularına iki sarı vərəqə göstərib. Qarşılıqlı hücum şəraitində keçən oyunun ikinci yarısında “Turan” hesabı açıb: 1-0.

HTML tutorial

 

 

Qolu “Turan”ın Moldova əsilli oyunçusu Denis Marandiç atıb.

 

Bundan sonra basqılarını artırmağa çalışan Bakı təmsilçisi final yolunda üstünlük qazanmaq istəsə də, qarşılaşma Tovuz təmsilçisinin qələbəsi ilə tamamlanıb.

 

 

 

 

 

 

Hakim Rəşad Əhmədovun idarə etdiyi oyun zamanı “Turan” azarkeşləri möhtəşəm bir atmosfer yaradıblar.

 

Susmaq bilməyən azarkeşlərin psixoloji və ruhlandırıcı dəstəyi sayəsində Tovuz təmsilçisi finalı yolunda önəmli bir qələbə qazanaraq adını tarixə yazdırıb.

 

 

 

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Tural İbrahimov
Tovuz şəhər stadionu

5500 tamaşaçı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Arzu Sayadoğlu

Gununsesi.info