Vəkilini həbsdəki partiya sədrinin yanına buraxmırlar -ANAR ƏSƏDLİNİN HÜQUQLARI POZULUR

  • By admin
  • 04 May 2023 01:09

 

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin həbsindən iki həftə keçməsinə baxmayaraq, indiyədək vəkili ilə görüşə bilməyib”. 

HTML tutorial

Gununsesi.info-nun xəbərinə görə, bu bəyanatla adıçəkilən partiya çıxış edib.

Bəyanatda bildirilir ki, vəkil Hikmət Əliyev Bakı Apellyasiya Məhkəməsində Anar Əsədlinin şikayəti üzrə keçirilən prosesdə iştirak etsə də, onun müdafiə etdiyi şəxslə Bakı İstintaq təcridxanasında görüşməsi mümkün olmayıb:

Bakı İstintaq təcridxanası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işlərində təqsirləndirilən şəxslə vəkilinin görüşə bilməsi üçün mütləq müstəntiqin də məktubunu tələb edir.  

İdarənin müstəntiqi Ramil Məmmədov isə müxtəlif bəhanələrlə bu məktubu verməkdən boyun qaçırır. 

Artıq vəkil məsələ ilə əlaqədar aidiyyəti qurumlara şikayət məktubları ünvanlayıb”.

Şəbnəm 

Gununsesi.info 

 

Azərbaycan Yüksəliş Partiyası