
Amerika Dövlət Departamentinin sözcüsü Vedant Patel Türkiyənin Ermənistana hava məkanını qapatmasına dair açqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Patel ölkəsinin Türkiyə və Ermənistan arasındakı normallaşma addımlarını dəstəkləyidini, ancaq rəsmi İrəvanda “Nemesis Abidəsi” açması üzündən rəsmi Ankaranın erməni təyyarələrinə hava məkanını bağlamasına görə xəyal qırıqlığı ilə qarşıladıqlarını söyləyib.
Amerika rəsmisi hər iki ölkənin normallaşma addımlarını güclü şəkildə dəstəklədiklərini bildirib.
Xatırladaq ki, Ermənistan Osmanlı siyasi və hərbi liderlərinə və azərbaycanlı yetkililərə gerçəkləşdirdiyi sui-qəsdlərə ithafən İrəvanda Nemesis Abidəsinin açmışdı.
Bundan sonra həm Azərbaycan XİN, həm də Türkiyə XİN bu məsələyə sərt etirazlarını bildirmişdi.
Tərcümə: Arzu Sayadoğlu