
Gununsesi.info xəbər portalının baş redaktoru, insan haqlari fəalı Pərviz Həşimli Strasburqda Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçlə görüşüb.
Pərviz Həşimlinin sözlərinə görə, görüşdə Azərbaycanda insan hüquqları sahəsində vəziyyət və medianın durumuna toxunulub: “Görüşdə, həbsdə olan bir sıra siyasi fəalların və jurnalistlərin məsələsi, Avropa Məhkəməsinin qərarlarının icra vəziyyəti və s. mövzular barədə danışdıq. Həmçinin, Xanım Miyatoviç Gununsesi.info-ya özəl müsahibə verdi”.
Şəbnəm
Gununsesi.info