
“Sərhədsiz Reportyorlar Təşkilatı” 3 May -Beynəlxalq Mətbuat Azadlığı Günündə Dünyada Mətbuat Azadlığı İndeksini yayıb.
Gununsesi.info-nun xəbərinə görə, Dünya Mətbuat Azadlığı Günündə açıqlanmış indeks mətbuat azadlığı sahəsində siyasi, sosial və texnoloji çalxalanmalardan doğan radikal dəyişikliklərə işıq salır.
Azərbaycan indeksdə 180 ölkə arasında 151-ci yerdə qərarlaşıb.
Mətbuat azadlığına görə Norveç artıq yeddi ildir indeksdə birinci yerdə qərarlaşıb.
Ondan sonra isə İrlandiya, Danimarka kimi ölkələr gəlir.
180-ci yerdə Şimali Koreyadır. Ondan əvvəlki yerləri Türkmənistan (176), İran, Vyetnam, Çin (179) tutur.
Azərbaycan indeksdə Pakistan və Əfqanıstan arasında qərarlaşıb.
Azərbaycanın qonşularından Ermənistan indeksdə 49, Gürcüstan 77, Rusiya 164-cü yerdədir.
Afət Abbasova
Gununsesi.info