Zəngin ruslar beynəlxalq sanskiyalardan necə yayınıb - ARAŞDIRMA

OCCRP – Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi beynəlxalq sanksiyalar altında olan Rusiya ilə bağlı sensasion araşdırma edib.

Gununsesi.info-nun xəbərinə görə, araşdırmada zəngin rusların sanskiyalardan necə yayınmasından söhbət açılır.

HTML tutorial

“Kipr firması ilə bağlı yeni təhqiqatımız var ki, o, çox zəngin ruslara sanksiyalardan yayınmağa kömək edib”.

Açıqlamada bildirilir ki, OCCRP jurnalistləri Sakit okean regionunun necə qanunsuz pul axını ocağına və Çin və Qərb arasında geosiyasi mübarizə arenasına çevrilməsinə də
toxunub:

“Kreml yönümlü nüfuzlu televiziya kanalının yaradıcısı Konstantin Malofeyevlə tanış olun. 2014-cü ildə ABŞ və Aİ ona Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçıları maliyyələşdirdiyinə görə sanksiya tətbiq edib.

Lakin bir Kipr korporativ xidmət provayderi Malofeevlə işləməyə davam edərək, ona milyonlarla dolları şirkətlər arasında köçürməyə imkan verdi. Bu, “Meritservus” adlanır və bu şirkət ilk dəfə deyil ki, sanksiyalardan yayınmağa kömək etməkdə ittiham olunur”.

Açıqlamada hesabatın tam detallarının aprelin 24-də elan olunacağı bildirilir.

Afət Abbasova
Gununsesi.info