
İşğalçı İsrail ordusu Fələstin xalqına divan tutmağa davam edir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İsrail silahlı qüvvələri Qərbi Şəriədə daha iki nəfəri qətlə yetirib.
Öldürülənlərdən biri 17 yaşlı yeniyetmədir.
Olay Fələstin dövlətinin paytaxtı Ramallah şəhərinə yaxın bölgədə yaşanıb.
Basqın zamanı xəstəxanaya götürülən El Bayid həyatını itirib.
İsrail işğalçı qüvvələri avtomobildə olan 1 fələstinliyə atəş açıblar. Həmin adam maşında öldürülüb.
Beləcə, İsrail silahlılarının öldürdüyü fələstinlilərin sayı 209-a yüksəlib.
Tərcümə: Arzu