
Zərdabda baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
Gununsesi.info xəbər verir ki, qəza nəticəsində motosikletin sürücüsü Laçın rayon sakini, 1993-cü il təvəllüdlü Atəş Əmrah oğlu Məmmədov dünyasını dəyişib.
Sənani Novruz oğlu Eyvazov, Ətraf Dövlətxan oğlu Xəlilov, Rəşad Talıbxan oğlu Pənahov və Ramal Sabir Oğlu Xəlilov müxtəlif xəsarətlər alıblar.
Gununsesi.info