Cəbrayılda “Hunday” yük maşını ilə toqquşdu: ölənlər var

  • By Günel
  • 14 Noyabr 2024 20:07

Cəbrayıl rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, “Hunday” markalı minik avtomobili ilə yük avtomobilinin toqquşması nəticəsində İsmayıllı rayon sakinləri – minik avtomobilinin sürücüsü Asim Şirəliyev və onun sərnişini Rəşad Zərbalıyev ölüb.

Məlumata görə, ölən şəxslər qohumdur.

Faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info