ABŞ nüvə arsenalını artıracağını istisna etmir

  • By Günel
  • 15 Noyabr 2024 08:37

Vaşinqton gələcəkdə nüvə arsenalının artırılmasını istisna etmir, lakin bununla bağlı qərarı ABŞ-nin növbəti prezidenti Donald Tramp verəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ-nin hazırkı lideri Co Bayden administrasiyasındakı mənbəsinə istinadən məlumat yayıb.

“Mövcud tendensiya davam edərsə və vəziyyət mənfi istiqamətdə inkişaf edərsə, o zaman gələcəkdə ABŞ-nin nüvə silahlarının sayının artırılmasına ehtiyac yarana bilər”, – mənbə qeyd edib.

Gununsesi.info