“Qarabağ”ın sabiq futbolçusu döyüşəcək…

“Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçaka özünü qarışıq döyüş sənətində (MMA) sınayacaq.

Gununsesi.info xəbər verir ki, polşalı veteran futbolçu bu barədə özü sosial şəbəkə hesabında məlumat yayıb.

O ilk görüşünün vaxtını da qeyd edib:

“Dekabrın 7-də FAME MMA-da Rocer Salla ilə qarşılaşacağam. Emosiyalarla dolu gözəl idman mübarizəsi göstərməyə çalışacağıq! Rəqib təcrübəlidir və o mənə xeyli problem yaşadacaq. Amma mən belə mübarizəni sevirəm”.

Gununsesi.info