Bakıda gənc oğlan bıçaqlanıb

  • By Günel
  • 15 Noyabr 2024 08:45

Bakının Sabunçu rayonunda bıçalanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında qeydə alınıb.

2002-ci il təvəllüdlü İsmayılov Şirin Qafar oğlu tanımadığı şəxsin bıçaqlı hücumuna məruz aalıb.

O, qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, Ş.İsmayılov cərrahi əməliyyat edilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info