Zaqatala xəstəxanasında daha bir uşaq öldü

  • By Günel
  • 12 Noyabr 2024 22:18

Zaqatala xəstəxanasında daha bir uşaq ölümü qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu gün rayonun Cobankol kənd sakini, 2022-ci il təvəllüdlü Bəxtiyar Maarif oğlu Əliyev Zaqatala xəstəxanasında dünyasını dəyişib.

Hazırda rayon hüquq-mühafizə orqanları ölüm faktı ilə baglı araşdırma aparır.

Qeyd edək ki, son iki həftə ərzində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində də üç yeni doğulan körpə ölümü qeydə alınıb.

Gununsesi.info