COP29-un ən balaca iştirakçısı - VİDEO

  • By Günel
  • 14 Noyabr 2024 21:24

Artıq dördüncü gündür ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Tədbirə dünyanın dörd bir yanından müxtəlif yaşda qonaqlar gəlib.

Gununsesi.info xəbər verir ki, sosial şəbəkələrdə COP29-un ən balaca iştirakçısının görüntüləri paylaşılıb.

Görüntülərdə anasının qucağında olan uşağın tədbirdə iştirak üçün giriş kartının olması da maraq doğurub.

Gununsesi.info