Rusiya bu kəndi də ələ keçirdi…

Rusiya ordusu Donetsk vilayətinin Pokrovski rayonunun İlyinka kəndini ələ keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “DeepState” analitikləri məlumat yayıb.

“Kuraxovodan Volçya çayının əks sahilində İlyinkanı ələ keçirən ruslar 4 km-dən az məsafədə yerləşən Berestki kəndinə doğru irəliləyəcəklər. Rusiya qüvvələri Novodonetsk, Trudovoy və Kupyansk yaxınlığındakı Dalnıda da irəliləyib”, – məlumatda deyilir.

Gununsesi.info

 

(Axar.az)