Türkiyə və Azərbaycan orduları birgə təlim keçirəcək

Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri birgə hərbi təlim keçirəcəklər.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Noyabrın 18-dən 29-dək davam edəcək təlimlərdə hər iki ölkənin sualtı hücum və sualtı müdafiə bölmələri iştirak edəcəklər. Təlimlər Aksaz/Muğlada keçiriləcək.

Bundan başqa, Aksaz bölgəsi Aralıq dənizində iki ölkənin iştirakı ilə hərbi hava qüvvələrinin təlimi də planlaşdırılır.

 

 

Gununsesi.info