
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zakir Nüsrət oğlu İsaqovun meyitinin qalıqları Zərdab rayonuna gətirilib.
Gununsesi.info-nun məlumatına görə, şəhidin nəşi Zərdab rayonunun Təzəkənd kəndində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Zakir Nüsrət oğlu İsaqov 1958-ci il noyabrın 19-da Zərdab rayonunun Təzəkənd kəndində anadan olub. O, 1992-ci il sentyabrın 24-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.
Z.İsaqov Zərdab rayonunun Təzəkənd kənd qəbiristanlığında dəfn olunacaq.
Gununsesi.info