Bakıda məşhur cibgir tutuldu

  • By ilhame
  • 05 İyun 2024 13:05

Bakıda cibgirliklə məşğul olan şəxslər polis tərəfindən saxlanılıb.

 

Gununsesi.info xəbər verir ki, 38 saylı avtobusda bir sərnişinin 327 manatını oğurlayan 1972-ci il təvəllüdlü Vüqar Həsənov və 1963-cü il təvəllüdlü Akif Zeynallı tutulublar. Onların paytaxtda müxtəlif avtobuslarda 60-dan artıq şəxsin pulunu cibgirlik edərək ələ keçirdikləri məlum olub.

 

Qeyd edək ki, Vüqar Həsənov (“Cibgir Vüqar”) əvvəllər də eyni əməllərə görə saxlanılıb və dəfələrlə məhkum olunub.

 

Araşdırmalar aparılır.

Gununsesi.info