
Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlığın qurulması çox irəliyə getməyimizdən xəbər verir”.
Gununsesi.info xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakıda Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“Azərbaycan ilə strateji tərəfdaşlıq təhlükəsizliyimizin əsasıdır. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan Macarıstanın enerji təhlükəsizliyində maraqlı oyunçudur. Bu, uzunmüddətli sabitliyi təmin edir. Bu il 50 min kubmetr qaz “SOCAR”dan aldıq və bu əməkdaşlığı davam etdirməyə hazırıq”, – nazir qeyd edib.
O daha sonra əlavə edib: “Macarıstan dünyanın enerji bazarında daha yüksək səviyyəyə çıxır. Biz razılaşdıq ki, Macarıstan Azərbaycanda “Şahdəniz”də pay əldə edəcək. Burada illik hasilat 30 kubmetr qaza yaxındır. Bu qazın böyük hissəsi Cənubi Qaz Dəhlizi ilə Avropaya tədarük edilir. Macarıstan bununla da yeni ölçüyə keçid edir. Biz qazın əhəmiyyətli hissəsinin mülkiyyətçisinə çevriləcək və bu yeni vəziyyət bizim təhlükəsizliyimizi artırır. Bu, tarixi əhəmiyyət kəsb edən anlaşmadır. Azərbaycana bu razılığına görə təşəkkür edirik. İki il yarımdır ki, biz qonşuluqda müharibə ilə yaşıyırıq. Ukraynada müharibə baş verir. Biz həmişə Qafqazdakı vəziyyətə diqqətlə yanaşırıq. Bu regionda sülhə yönələn bütün addımları dəstəkləyəcəyik”.
Gununsesi.info