Azərbaycanın səfiri Londonun lord meri ilə COP29-a hazırlığı müzakirə edib

  • By ilhame
  • 05 İyun 2024 13:39

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov London şəhərinin lord meri Maykl Maynelli ilə COP29-a hazırlığı müzakirə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Azərbaycanın COP29-a hazırlıq işləri ilə bağlı dəyərli ideyalarına görə ona minnətdaram. Dünyamızı daha yaşıl yerə çevirməyə kömək etmək üçün “London City”dən olan həmkarlarımla işləməyi səbirsizliklə gözləyirəm” – o qeyd edib.

Gununsesi.info