Xaçmazda vaqon yandı

  • By Günel
  • 14 Mart 2025 09:10

Xaçmaz rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info -ya verilən məlumata görə, Xaçmaz rayonunun Qusarçay kəndində ümumi sahəsi 80 m² olan vaqonun taxta üzlüyü yanıb. Yarımstansiya yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info