
“Donald Trampın Ağ Evə gəlişi “qlobal iqlim fəaliyyətinə böyük zərbədir”
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, BMT-nin iqlim məsələləri üzrə keçmiş rəhbəri Kristiana Fiqeres noyabrda ikinci müddətə seçildikdən sonra belə deyib.
Tramp vəzifəyə gəldikdən sonra ABŞ-ı ən mühüm qlobal iqlim paktı hesab edilən Paris İqlim Sazişindən çıxarıb.
O, həmçinin ABŞ alimlərinin beynəlxalq iqlim tədqiqatlarında iştirakına mane olduğu və milli elektrikli avtomobil hədəflərini aradan qaldırdığı bildirilir.
Bundan əlavə, o, sələfinin yeni yaşıl texnologiyanı inkişaf etdirmək cəhdlərini “yaşıl yeni fırıldaq” kimi qiymətləndirdi.
İqlim problemi ilə bağlı keçmişinə baxmayaraq, Tramp Ukrayna prezidenti ilə kritik minerallarla bağlı sövdələşməyə can atırdı. O, həmçinin mühüm minerallarla zəngin olan Qrenlandiya və Kanadaya da böyük maraq göstərib.
Orxan