Hökumət bu gün Milli Məclisdə hesabat verəcək

  • By Günel
  • 14 Mart 2025 08:09

Bu gün Azərbaycan hökuməti Milli Məclis qarşısında illik hesabat verəcək.

Gununsesi.info xəbər verir ki, Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabat parlamentin bu gün keçiriləcək iclasının gündəliyinə salınıb.

Baş nazir Əli Əsədov, nazirlər, dövlət komitələrinin sədrləri və hökumətin digər üzvləri toplantıda iştirak edəcəklər. Hesabatı Ə.Əsədov təqdim edəcək.

Hesabatda hökumətin 2024-cü ildə gördüyü işlər, ölkənin siyasi, diplomatik, hərbi sahədəki fəaliyyəti, sosial-iqtisadi, mədəni inkişafı ilə bağlı müxtəlif məsələlər əksini tapıb.

Baş nazirin çıxışından sonra deputatlara söz veriləcək. Onlar hökumətin fəaliyyətinə münasibət bildirəcək, irad və təkliflərini səsləndirəcəklər.

Xatırladaq ki, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında hesabat verir.

Gununsesi.info