
Böyük Britaniyanın Azərbaycandakı səfirliyində yeni hərbi ateşe faəliyyətə başlayıb.
Gununsesi.info bildirir ki, bu bu barədə səfirliyin “X” hesabında məlumat yayılıb.
“Böyük Britaniyanın ilk rezident Müdafiə Attaşesi kimi komandir-leytenant Gavin Tarbardın Azərbaycana gəlişini məmnuniyyətlə elan edirik. Bu tarixi mərhələ Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının artan gücünü əks etdirir və müdafiə, təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirəcək”, – deyə paylaşımda qeyd olunub.