Venesuela Prezidenti Maduro: Ərdoğanı çox sevirik

  • By arzu
  • 26 Yanvar 2023 10:41

Venesuela Prezidenti Nikolas Maduro Türkiyə ilə bağlı növbəti açıqlamalarını səsləndirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Prezident Maduro iki ölkə arasındakı iqtisadi münasibətlərə vurğu edərək bunları söyləyib: “Ərdoğanı ölkəmizin böyük qardaşı olarq görürük. Türk xalqı bilməlidir ki, Ərdoğanı çox sevirik, çünki o, xeyirsevər və mərd ürəklidir”.

HTML tutorial

Türkiyənin Ticarət Naziri Mehmet Muş və Türkiyə təmsilçilərini Sarayında qəbul edən Maduro tərəflər arasında anlaşmanın imzalanmasının ardından bu görüş haqqında danışıb.

“Nazir Muş ilə gözəl toplantı keçirdik. Burada ticari alış-verişin böyük hədəflərini təsdiqlədik. Yatırımların bütünləşdirilməsinə irəliləyiş və ölkələrimizin səmərəli iqtisadi inkişafını təsdiq etdik”, -deyə Maduro vurğulayıb.

İki ölkə arasındakı hədəflərə vurğu edən Venesuela başçısı “Venesuela və Türkiyə iqtisadi münasibətlərinin gələcəkdə rifah, zənginlik, qarşılıqlı fayda gözləyir. İndiyədək belə oldu, bundan sonra da belə olacaq, irəliyə doğru gedirik”, – dəyərləndirməsini edib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info