“Amnesty İnternational”dan Bəxtiyar Hacıyevə azadlıq istəyi

  • By admin
  • 26 Yanvar 2023 10:28

“Ötən il dekabrın 9-da insan hüquqları müdafiəçisi Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Bəxtiyar Hacıyev yanvarın 9-da həbsinə etiraz olaraq aclığa başladığını bildirib. Azərbaycan hökuməti Hacıyevi həbsdən azad etməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu dünyanın nüfuzlu beynəlxalq insan haqları təşkilatlarından biri olan “Amnesty International” ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalia Nozadze deyib.

HTML tutorial

Azərbaycanda insan haqları vəziyyətinin ümumi durumunu və beynəlxalq ictimaiyyətin Bəxtiyar Hacıyevin sərbəst buraxılmasını təmin etmək üçün ata biləcəyi addımları şərh edən Nozadze bildirib ki, Bəxtiyar Hacıyev artıq uzun müddətdir siyasi fəaliyyətinə görə təqiblərə məruz qalır: “Hacıyev ötən il qaçırılıb, pis rəftara məruz qalıb və bu əməllərə görə hökumət rəsmiləri məsuliyyət daşıyır. Bütün bunlar onun həbsini daha da şübhəli edir, hətta bu, şəxsi mübahisə zəminidə olsa belə. Və onun üzləşdiyi ittihamlar (onlar səbəbilə o bir neçə il həbs cəzası ala bilər) onun ittiham olunduğu şeyə qeyri-mütənasibdir. Bizim mesajımız odur ki, o, dərhal sərbəst buraxılmalıdır. Onun ədalətli mühakimə olunması təmin edilməlidir”.

 

 

Adil Elxanoğlu

Gununsesi.info