
Amerikada yanvar ayının ilk bazar ertəsi günü Martinq Lüter Kinq günü olaraq anılır. Onun yoxsulluq və bərabərsizliklə mübarizəsi qürurlandırılır.
Gununsesi.info xarici mətbuata istinadən bu tarixi şəxsiyyətin həyatı və çalışmaları ilə bağlı az bilinən 10 bilgini sizə təqdim edir.
“Bir xəyalım var” impravizasiya idi
1963-cü ildəki danışığının yarısında ilahi musiqiçi Maxalia Cekson “Onlara xəyaldan bəhs et Martin”, – deyə bağırdı.
Bu Kinqə bərabər və hər vətəndaş üçün çatıla bilər bir “Amerikan Xəyalı”na dair etdiyi öncəki çıxışını xatırlatdı.
“Bir xəyalım var. Dörd uşağım da rənginə görə deyil, xarakterinə görə dəyərləndirildiyi bir ölkədə yaşayacaqlar” deyirdi Lüter
Bu simvollaşdırılmış an daha sonra “Bir xəyalım var” nitqi olaraq bilinməyə başladı.
Stanford Universitetindəki M. Lüter Kinq Araşdırma və Təhsil Universitetinin müdiri Lerone Martinə görə Kinqin bərabərlik xəyalının gerçəkləşməsi üçün daha çox iş vardı.
Lerone Martin onun bərabərlik xəyalının, əslində amerikanlığın təbiətində olduğunu vurğulayır.
“Kinq bütün kiçimsəmələrə rəğmən, cəhdlərinin Amerikan idealları ilə eyni cizgidə olduğunu göstərmək üçün durmadan sınayaraq mükəmməl iş çıxartdı”
Gerçək adı Maykl Kinq idi
15 yanvar 1929-cu ildə doğulduğunda ona atasının adı verilmişdi6 Maykl Kinq
Ancaq 6 il sonra atası Almaniyaya getdi və protestant reformunun lideri Martin Lütri öyrəndi.
Ondan çox təsirləndi, ilham aldı. Evə döndükdə həm öz adını, həm də oğlunun ismini rəsmi olaraq Martin Lüter Kinq olaraq dəyişdirdi.
Universitetdə xətib olmağa qərar verdi
Martin Lüter Kinq 1944-cü ildə 15 yaşındaykən Morehouse Kollecə qəbul edilir. Kinq ailəsi nəsillər boyunca Georgia Atalantadakı bu tarixi kişilərin qəbul edildiyi ağlar universitetindən məzun olmuşdu.
Kinq İnstitutuna görə, gələcəyin sosial haqq hərəkətinin lideri “adi” bir tələbə idi. Ancaq ora sosial və siyasi ədalət həvəsinin oyandığı, vaiz olmaq ilhamını özünə verən yer idi.
25 dəfədən çox nəzarət altına alındı
Sosial haqlar hərəkətinin lideri olaraq keçirdiyi 13 ildə Kinq 30 dəfə nəzarət altına alınır.
Kinq Mərkəzinə görə, bunların çoxusu yüngül cinayət və mülki etiraz pozuntusu günahları idi.
Hüquqi sanksiyaların hədəfi olsa da, Kinq heç bir zaman həbsdə yatmadı.
1960-cı ilin oktyabrında Atlantada nəzarət altına alınır. Georgia Əyalət Həbsxanasında tutulur. Arvadı Korettaya dustaqxanadan bunları yazır:
“Ailəmizin çəkdiyi bu iztirab, umuram ki, bir şəkildə Atlantanın daha gözəl şəhər, Amerikanın daha yaxşı bir ölkə olmasına xidmət edəcək”.
Beş kitab yazdı
Kinq Mərkəzinə görə, 5 kitab yazdı, məktub kolleksiyalarının və xitablarının çoxu çap edildi
1964-cü ildə çap edilən “Niyə gözləyə bilmərik?” kitanı ayrı-seçkiliklə bağlı idi.
Öncəki sui-qəsdlərdən sağ qurtulmuşdu
1958-ci ilin sentyabrında ağıl xəstəsi bir qadın “Stride Toward Freedom”u imzalaması üçün Kinqin yanına getmişdi.
Qadın onu bıçaqlamazdan öncə Kinq özü olduğunu təsdiqləmişdi.
O dönəm həkimlər ölümdən döndüyünü təsdi etmişdi. Çünki bıçaq aorta damarının yanından keçmişdi.
Qadının əqli xəstə olduğunu öyrəndikdən sonra Kinq “Ona qarşı nifrətim yoxdur”, deyərək müalicə edilməsini istəmişdi.
Öldürüldükdə 39 yaşında idi
Kinq 4 aprel 1968-ci ildə öldürüldükdə 39 yaşında idi.
Sosial haqlar və bərabərlik hərəkətində 13 ilədək ömür xərcləmişdi.
Ancaq Kinq Mərkəzinə görə bu qəsa zamanda bərabərlik mövzusunda Amerikada 350 ildə olandan daha çox irəliləyiş qeyd edilmişdi
Tərcümə: Arzu Sayadoğlu