
Amerikada bir nəfərin etdikləri insanların qəribə qarşılamasına səbəb olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, gündəm yaradan görüntülərdə yanacaq borusunu əlinə alan adam litrlərlə benzinlə avtomobilini yuyub.
Yanacaqdoldurma məntəqələrində qadın sürücünün etdiyi bu hərəkət çevrəsindəki digər insanların onu öz cib telefonu ilə qeydə almasına səbəb olub.
Əlindəki benzin borusu ilə avtomobilinin şüşələrini benzinlə yuyan adamın bu hərəkətinə “Aman Allahım, inana bilmirəm”, – deyə reaksiya verilib.