Deputatlara “Erkin Qədirliyə hücum” əmri verilib - ÖZƏL

  • By admin
  • 26 Yanvar 2023 10:42

Milli Məclisin deputatı Erkin Qədirlinin sonuncu parlament seçkilərinin demokratik keçirilməməsi barədə blogger Mehman Hüseynova müsahibəsi rezonansa səbəb olub.

Deputatın bu açıqlamasının ardından  onun əksər həmkarları müxtəlif media quruluşlarında onun əleyhinə çıxışlar edib.

HTML tutorial

Qeyd edək ki, Erkin Qədirlini ittiham edən deputatların əksəriyyəti ölkə həyatına biganə qalanlardır. Onların bu məsələdə əl-ayağa düşməsi diqqətdən yayınmaya bilməz.

Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, parlament rəhbərliyi hər bir deputata bu barədə təlimat verib. Ona görə də deputatlr məcburi şəkildə həmkarları haqqında tənqidi çıxış edirlər.

 

Elmar

Gununsesi.info