İstefaya göndərilən spiker yenidən vəzifəsinə seçildi

Qazaxıstan parlamentinin yuxarı palatasının – Senatın istefaya göndərilən sədri Maulen Aşimbayev yenidən spiker vəzifəsinə seçilib.

Gununsesi.info “Kazinform”a istinadən xəbər verir ki, Senatda keçirilən gizli səsvermədə Aşimbayev yekdilliklə dəstəklənib.

HTML tutorial

Çıxış edən spiker göstərilən etimadı doğruldacağı barədə söz verib və islahatların qanunvericilik orqanlarında da davam edəcəyini elan edib.

Keçirilən səsvermə ilə Jakip Asanov isə Senat sədrinin müavini seçilib.

Qeyd edək ki, bir neçə gün öncə Aşimbayev Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin qərarı ilə istefaya göndərilmişdi.

Gununsesi.info