
“Azərbaycan Prezidenti İlham Əliyevdən artıq dərəcədə xahiş edirəm. Əli Əliyevi, Bəxtiyar Hacıyevi, Tofiq Yaqublunu azadlığa buraxsın. Onlar sözə görə tutulub. Sözə görə insanı həbsə atmaq olmaz”.
Bunu Gununsesi.info-ya açıqlamasında Azərbaycanın görkəmli ziyalısı, professor Rəşid Mahmudov deyib.
Həmin şəxslərin cinayətkar olmadığını vurğulayan, professor əlavə edib ki, hətta günahları varsa belə onların yeri həbsxana deyil: “Belə insanları həbsdə saxlamaq olmaz. Əgər düşünürlərsə ki, hansısa səhvləri var, mən onların adından üzr istəyirəm”.
Elmar
Gununsesi.info