
İsrailin Fələstinə qarşı tətbiq etdiyi sanksiyalara dünya ölkələrindən etirazlar yüksəlməyə davam edir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Almaniya, Fransa, İtaliya, Yaponiya kimi bəzi ölkələr İsrailin son dönəmlərdə Fələstinə qarşı tətbiq etdiyi sanksiyaları qəbul etmədiklərini və bundan “dərin narahatlıq” duyduqlarını bildiriblər.
BMT üzvü olan çoxsaylı ölkə və qruplara aid olan bəyanatı Fələstinin BMT-dəki Təmsilçiliyi öz “Tvitter” hesabından paylaşıb.
Bəyanatda “BMT üzvü olan ölkələr olaraq beynəlxalq sistemimizin künc daşları Beynəlxalq Ədalət Divanına və qlobal hüquqa olan sarsılmaz dəstəyimizi təsdiq edirik”, deyilir.
Fələstin xalqına, liderinə və QHT-lərinə qarşı cəza tədbirlərinin tətbiqinə dair İsrail hökumətinin aldığı qərarla bağlı “dərin narahatlıq” vurğulanıb.
Qərara imza atan ölkələr arasında Belçika, Braziliya, İtaliya, Argentina, Əl-Cəzair də var.
İsrail tərəfindən mövzu ilə bağlı hər hansısa açıqlama edilməyib.
Xatırladaq ki,ötən ilin 31 dekabrında Beynəlxalq Ədalət Divanı İsrailin Fələstin torpaqlarını işğalının hüquqi nəticələri haqqında “məsləhətləşmə görüşünün olmasını” istəyən qərar qəbul etmişdi.
İsrail hökuməti isə bunun ardından 6 yanvarda Fələstinə aid vergi fondlarından milyonlarla dolların kəsilməsi, Qərbi Şəriədəki tikinti planlarının dondurulması və hökumət yetkililərinin “imtiyazlarının “geri alınması da daxil, 5 sanksiya tətbiq etmişdi.
Tərcümə: Arzu Sayadoğlu