Müdafiə nazirinə mülki şəxsin müavin gətirilməsinin səbəbi - NATO STANDARTLARINA KEÇİD BAŞLAYIR

  • By admin
  • 09 Yanvar 2023 12:46

2023-cü ildə Azərbaycanın ordusunun NATO standartlarına uyğun formalaşdırılması prosesində bir sıra yeniliklər olacaq. 

Bu yeniliklər çərçivəsində müdafiə naziri Zakir Həsənov da  tutduğu postla vidalaşacaq.

HTML tutorial

Bu barədə Gununsesi.info-ya məlumatlı mənbədən bildirilib.

Məlumata görə, Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması üçün ölkəmiz Türkiyə ilə birgə plan üzərində çalışır.

Bu prosesdə sensasion qərarlardan biri də Azərbaycanın müdafiə naziri postuna mülki şəxsin təyinatı barədə olacaq.

Bunun üçün artıq ilkin addımın atıldığını vurğulanıb.

Mülki şəxs olan Aqil Qurbanovun müdafiə nazirinin müavini təyinatı  da bu prosesdə ilk addımdır” deyən  mənbənin əlavə edib ki, yeni nazir də məhz o,  olacaq:

Onun indidən müavin gətirilməsi  bu sahəyə müəyyən bələdçiliyinin olması üçündür”.

ELMAR

GUNUNSESİ.İNFO