Braziliyada Prezident Sarayına basqın edilib - FOTOLAR

Braziliyada bir neçə ay əvvəl keçirilən prezident seçkilərində uduzan Jair Bolsonaronun tərəfdarları paytaxtdakı Konqres binasına və prezident sarayına basqın ediblər.

Gununsesi.info-nun xarici mediaya istinadən xəbərinə görə, bəzi nazirliklər və Ali Məhkəmələrə də eyni hücum olub.

HTML tutorial

Oktyabrda ölkədə keçirilən seçkilərdən sonra prezident Lula ötən həftə and içərək vəzifəsinin icrasına başlayıb.

Seçkilərin nəticələrini qəbul etməyən Bolsonaro tərəfdarları aylardır Konqres binası qarşısında etiraz aksiyası keçirirlər. Bu qruplar həm də orduda çevrilişə çağırış edirdilər.

Bəzi Bolsonaro tərəfdarları seçkinin saxtalaşdırıldığına inanırlar, baxmayaraq ki, buna dair heç bir sübut yoxdur.
Xəbərdə deyilir ki, Prezident Lula basqınlar zamanı Sao Paoloda olub .

Paytaxt polisi hücumdan sonra Konqresin binasında təhlükəsizliyin bərpa olunduğunu açıqlayıb.
Nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilib.

Ən azı 200 hücumçunun saxlanıldığı bildirilir.

CNN Brazil də paytaxt qubernatorunun vəzifəsindən uzaqlaşdırıldığını bildirib.

Qubernator İbaneis Roça basqınla bitən 8 kilometrlik etiraz yürüşünün qarşısını ala bilmədiyi üçün üzr istəyib.

Braziliyanın paytaxtı Binanın içindən gələn görüntülərdə divarlarda yazıların olduğu görünür.

Prezident Lula Konqresin basqınçılarının bir-bir müəyyən edilərək məsuliyyətə cəlb ediləcəyinə söz verib.

Lula həm də basqınçıları “faşist fanatikləri” adlandırıb.

Tərcümə:
Afət Abbasova
Gununsesi.info