
Birləşmiş Millətlər Təşkilatında Amerika, Fransa, Rusiya, İngiltərə və Çin kimi ölkələrin çağırışlarına məhəl qoymayan İsrail rejimi işğal altında tutduğu Fələstin torpaqlarında qanunsuzluqla yeni sərt qadağalar tətbiq edir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Qərbi Şəriənin Əl-Xəlil bölgəsində olan İbrahim məcsidində 613 dəfə azan oxunmasına əngəl olunması statistikası açıqlanıb.
Fələstin Vəqflər və Din İşləri Müdirliyi dünən yayımladığı illik hesabatında bu narahatlığı açıqlayaraq İsrailin qanunsuz yolla İbrahim məscidini ötən il 10 gün qapalı tutduğunu bildirib.
İsrailin yəhudi məskunlaşanlarının məscidə girişini asanlaşdırmaq üçün məsciddə bir eskalator quraşdırmaq istədiyi vurğulanır.
Açıqlamada məscidə İsrail bayraqlarının asıldığı, şamdanların yerləşdirildiyini və konsertlər verilməyə davam etdi ifadə edilib.
Fələstin Vəqflər və Din İşləri Müdirliyi tərəfindən edilən açıqlama hesabatında yəhudi məskunların basqınlar edərək 24 məscidə zərər verdikləri vurğulanır.
Tərcümə: Arzu Sayadoğlu