
Varlıların iftar açmağı da bir başqa aləmdir…
Bahalı yeməklər, steyklər, kilosu yüz manatdan baha olan xurmalar, ləziz çərəzlər, tapılmayan ikralar və sair. Maraqlı olan odur ki, bütün haram yeyənlər indi oruc tutur. Özü də hamısı bir-birinin bəhsinə. Evimizin altında ETÇİ UMUT restoranı yerləşir. Bu günlərdə qarşısında saysız-hesabsız bahalı maşınlar dayanır. Allahı tanımayanlar oruc adı ilə guya günahlarını yuyurlar. 4 nəfərlik iftarın hesabı 1500 manatdan yuxarıdır. Halbuki 1500 manatla yüz ac adamı doydurmaq olar. Tanrı bu dəbdəbəni görürsə, vallah gələcəkdə oruc tutmağı haram buyuracaq.
Müşfiq Abbasov