
Göygöldə bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, rayon sakini, 2005-ci il təvəllüdlü E. Rzayev xuliqanlıq zəminində qardaşı 2002-ci il təvəllüdlü R. Rzayevə bıçaqla daxilə keçməyən xəsarət yetirib. Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törədən şəxs saxlanılıb.