Şəkidə kişi qoz ağacından yıxılaraq ölüb

  • By ilhame
  • 10 Sentyabr 2024 22:23

Şəki rayonunda 68 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Qudula kəndində baş verib.

 

Kənd sakini, 1956-cı il təvəllüdlü Nəşad Nizaməddin oğlu Cumayev qoz ağacından yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info