“Formula-1” üzrə Azərbaycan Qran-prisinə bütün biletlər satılıb

  • By ilhame
  • 10 Sentyabr 2024 22:59

Formula-1″ üzrə Azərbaycan Qran-prisinə bütün biletlər satılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

 

Bildirilib ki, yarışa olan maraq gözləntiləri üstələyib: “Azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına “Zəfər” və “Qız Qalası” tribunaları əlavə edilib. Yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb”.

 

Qeyd edək ki, Azərbaycan Qran-prisi 13-15 sentyabr tarixlərində baş tutacaq.

Gununsesi.info