
Bakının bəzi küçələrində sərnişin avtobuslarının onlara ayrılan xüsusi zolaqdan kənar hərəkət etmələri digər hərəkət iştirakçılarının narazılığına səbəb olub.
Gununsesi.info xəbər verir ki, bu məsələ sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
“199 nömrəli avtobus Şərifzadə küçəsində öz yolunu qoyub avtomobillərin yoluna keçir və qəza şəraiti yaranır. Biz avtobus zolağına keçəndə 100 manat cərimələnirik, üstünə də 2 cərimə balı gəlirlər. Bəs, avtobuslar niyə öz zolaqlarından çıxanda cərimə olunmurlar?”,- deyə şikayətçi yazıb.
Gununsesi.info