Meşədə narkotik yetişdirdi, həbs olundu

  • By Günel
  • 11 Sentyabr 2024 10:14

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş Namiq Əsədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Gununsesi.info-ya bildirilib ki, onun meşə massivində əkdiyi 21 ədəd çətənə kolu aşkar olunub.

Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Əsədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info