Rasimin yaxınları yolu bağlayaraq etiraz aksiyası keçirirlər

  • By Günel
  • 11 Sentyabr 2024 11:10

İmişlidə 9 aydır itkin düşən 11 yaşlı Rasim Xankişiyevin yaxınları və həmkəndliləri Qaragüvəndikli kəndinin avtomobil yolunu bağlayaraq etiraz aksyası keçirirlər.

Gununsesi.info Globalinfo.az-a istinadən xəbər verir ki, aksiya səhər saatlarından başlayıb və hələ də davam edir.

Rasimin atası Vasif Xankişiyev bildirib ki, 9 aydır oğlunun itkin düşməsi ilə bağlı istintaqın gedişatında heç bir irəliləyiş yoxdur: “İşin açılmasında vacib rol oynayan insanlar istintaqa cəlb olunmur. Ona görə də istintaqın hərəkətsizliyinə etiraz olaraq məcbur qalıb yolu bağlamaq qərarı verdik ki, şikayətçi olduğumuz şəxlər istintaqa cəlb edilsinlər”.

Gununsesi.info